Qırmızı Ürəklər Fondu 485 ailəyə bayram sevinci yaşatdı

Xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında xüsusi rolu olan bayramlar sevgi, həmrəylik və paylaşmaq üçün ən gözəl fürsətdir. Qırmızı Ürəklər Fondu-da bu fürsətdən istifadə edərək “Novruz payı” və “Ramazan payı” aksiyalarını həyata keçirib.

Fond, könüllüləri ilə birlikdə Novruz və Ramazan bayramları münasibətilə Azərbaycanın 38 regionunda yaşayan 485 aztəminatlı ailəni ziyarət edərək onlara bayram sovqatlı təqdim edib.  Həmçinin bu il Fond tərəfindən həyata keçirilən “Ramazan payı” aksiyasına “Bravo” supermarketlər şəbəkəsi öz “Bərəkət paketi” sovqatları ilə qoşularaq 100 ailəyə dəstək göstərib. Qırmızı Ürəklər Fondu bu layihələrlə cəmiyyətdə həmrəylik və paylaşmanın vacibliyini bir daha vurğulayıb. Layihələrin əsas məqsədi bayram sevincini hər evə, xüsusən də dəstəyə ehtiyacı olan ailələrə çatdırmaqdır.

Videoları aşağıdakı linkdən izləyə bilərsiniz:

“Novruz payı” aksiyası: https://rb.gy/s6osqs 

“Ramazan payı” aksiyası: https://rb.gy/9mboek 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►