İqtisadiyyat / Biznes

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

7 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd edilmiş qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 15.04.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2031021028, AZ2032021027
İstiqrazların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı500 ədəd (hər bir İSİN kod üçün 250 ədəd olmaqla)
İlkin ticarət qiyməti1,000 manat
İstiqrazların buraxılış həcmi500,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla)
İllik gəlirlilik faizi15%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti2 il
Ticarətə buraxılma tarixi15.04.2025
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC