Azərbaycan şirkətləri beynəlxalq ekoloji sərgiyə dəvət olunurlar

Bu ilin 19-21 avqust tarixlərində Belarus Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi və “BelExpo” Milli Sərgi Mərkəzinin təşkilatçılığı ilə Minsk şəhərində “ECOLOGY EXPO – 2025” ixtisaslaşmış beynəlxalq sərgi keçiriləcək.

Ekoloji təşəbbüslərin tətbiqi və reallaşdırılması, tullantıların emalı texnologiyaları, bərpa olunan enerji istehsalı, ekoloji təmiz məhsullar, aqrar-sənaye kompleksi, suyun təmizlənməsi sistemləri, təbiətin və ətraf mühitin mühafizəsi sahələrinin nümayəndələrinin qatılacağı sərginin proqramına elmi təcrübə mübadiləsi, davamlı inkişaf və təbii sərvətlərin səmərəli idarə edilməsi sahəsində perspektivli və innovativ təkliflərin və həllərin işlənib hazırlanmasına yönəlmiş müxtəlif işgüzar tədbirlər daxildir.

Qeyd olunan sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri sözügedən sərgidə stend ilə və ya işgüzar proqramlarda iştirak etməyə dəvət olunurlar.

Əlavə məlumat üçün:

Tel.: +375 29 886 15 13
E-mail: ecology@belexpo.by
Web: www.ecologyexpo.by
Əlaqələndirici şəxs: Yelena Artomyeva.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►
ROCKVELL BUSINESS

Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib

Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib Kapital Bank…
►►►
ROCKVELL BUSINESS

Mobil rabitə sektorunun gəlirləri artıb

Mobil rabitə sektorunun gəlirləri artıb 2025-ci ildə Azərbaycanda mobil rabitə…
►►►