Park Cinemadan şok elan və “Çimıldık” filminin qala gecəsi

Ötən gün ilk dəfə Özbəkistandan Azərbaycana gəlmiş ulduzlar öz fanatları ilə görüşmək və “Çimıldık” adlı yeni filmlərini təqdim etmək üçün Park Cinema Park Bulvar filialında möhtəşəm Qala Gecəsində iştirak ediblər.

İzdihamlı maraq və böyük sevgi ilə qarşılanan aktyorlar qırmızı xalıdan keçərək fanatları ilə görüşüb, TV kanallara müsahibələrini verdilər.

Daha sonra isə, Dadaxon Obidovun və digər ifaçıların möhtəşəm konserti baş tutdu. Konsert arasında tamaşaçılarla canlı müsabiqə keçirilərək, hədiyyələr verildi. Əsas sürpriz isə, Park Cinema komandasının səhnəyə qalxması ilə baş tutdu. Park Cinemanın Pr. Meneceri Anar Eyvazov təntənəli şəkildə yeni super-müsabiqənin başlamasını elan etdi.

Siz də müsabiqədə iştirak edib, Özbəkistana ikinəfərlik səyahət bileti qazanmaq şansını əldə edə bilərsiniz. Ətraflı məlumat:

https://www.instagram.com/p/DIRdd1ftej2/?igsh=Y3EycG1ranc3ajR2

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►