“FarmHER” layihəsi uğurla başa çatdı

Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir.

Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmiş “FarmHER” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi bu qadınlarının aqrobiznes sahəsində biliklərini artırmaq, onların gəlirlərini və rifahını gücləndirmək olub.

Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər aşılanıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sahibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə ediblər.

Layihə iştirakçıları əldə etdikləri bilikləri artıq gündəlik fəaliyyətlərində tətbiq etməyə başlayıblar. Təşəbbüsün onların həyatına  qatdığı real dəyərlə və iştirakçıların təəssüratları ilə tanış olmaq üçün videomuzu izləyə bilərsiniz: https://bit.ly/3RRVunq

“FarmHER” layihəsi Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunub. Proqramın məqsədi qadınların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək və onların sosial-iqtisadi rifahının artırılmasına töhfə verməkdir.

Əlaqədar məqalələr
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►
City Life

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində…
►►►