Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır

Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir. 

Tədbirdə yerli və beynəlxalq spikerlərin, o cümlədən yaradıcı sənayenin aparıcı şirkətlərindən peşəkar komandaların iştirakı gözlənilir. Festivalda təqdim olunacaq bütün layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti daxil olmaqla, bu sahənin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək.

İki gün ərzində keçiriləcək festivalda tanınmış beynəlxalq spikerlərin çıxışları ilə yanaşı, panel müzakirələri, seminarlar və master-klasslar da yer alacaq.

Festivalın əsas tərəfdaşı olan Azercell tədbirin ilk günündə panel müzakirəsi təşkil edəcək. Müzakirə sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə məqsədilə Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ötən il həyata keçirilən “Doğru Yol Budur” sosial kampaniyasına həsr olunacaq. Paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış edəcəklər. Müzakirəyə “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərim moderatorluq edəcək.

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək

Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3”…
►►►
City Life

ITALIYA DIZAYN GÜNÜ 2026 (ITALIAN DESIGN DAY)

“SALONE DEL MOBILE.MILANO” SƏRGİSİNİN PREZİDENTİ XANIM MARİA PORRO BAKIDA “İTALİYA…
►►►
City Life

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib

Azərbaycan Dövlət Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi keçirilib 5…
►►►