Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Türkiyənin sevilən ulduzu, məşhur müğənni Hadise Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. “Mega Müzik” şirkətinin təşkil etdiyi konsert 9 may Bakı Konqress Mərkəzində baş tutub.

Konsert  zamanı müğənni həm səhnə performansı, həm də duyğusal jesti ilə gecəyə damğa vurub.

“Bakıya hər gəlişimdə məni böyük coşğu, sevgi ilə qarşılayırlar. Hər dəfə o qədər gözəl güllər bağışlayırlar ki, bu qədərini həyatımda ilk dəfə görürəm”, – deyə Hadisə səhnədən sevincini bölüşüb.

Gecənin ən yaddaqalan anı tamaşaçılar arasında gənc bir qızın əlindəki plakatla baş verib. Plaktda yazılan sözlər təkcə müğənnini deyil, bütün zalı duyğulandırıb: “Hadisə, sizi çox sevirik. Çox çətin günlər keçirirəm, sarılmağa ehtiyacım var. Sizə sarıla bilərəm?” Hadisə tərəddüdsüz həmin gənc xanımı səhnəyə dəvət edib, onu qucaqlayıb və bir neçə dəqiqə səhnədə onunla  söhbət edib. “Bəzən bir cümlə, bir isti baxış, toxunuş çox önəmli olur. Mən buna çox dəyər verirəm və sevdiyim insanlara da bu cür yanaşıram. Ümid edirəm, ona gözəl enerji ötürə bildim”, deyə müğənni  qeyd edib.

Müğənninin bu addımı zalda izdihamlı alqışlarla qarşılanıb və gecənin ən unudulmaz məqamına çevrilib.

Repertuarında yer alan hit ​ mahnıları ifa edən Hadise onu dinləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb. İfaçı konserti zamanı Aşk Kaç Beden Giyer?”,“Şampiyon”, “Prenses”, “Yaz günü”, “Kahraman”, “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən hitlərini səsləndirib. Səhnədə müğənnini musiqiçilər və rəqqaslardan ibarət qrup müşayiət edib.

Pərəstişkarı Hadiseni ​ izdihamla qarşılayıb. ​ Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►