“Bu şəhərdə”nin “Saz” adlı konserti baş tutdu

10 və 11 may “Bu şəhərdə” “Saz” adlı konsert proqramı ilə Heydər Əliyev Sarayının səhnəsində çıxış etdi. Aparıcılığını Saleh Bağırov etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları, məşhur idmançılar,  ictimai xadimlər, şəhid və qazi ailələri var idi.

Respublikanın Əməkdar Artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. ”Robot gəlin” səhnəciyi qaynana və gəlin, “Yeznə qayın” isə yeznə və qayın münasibətinə həsr olunmuşdu.  “İpoteka” səhnəciyi  kəsıb alimin və varlı məmurun bankdan ipoteka almasından bəxs edirdi.

On yaşlı Cavid Abbasovun sazda gözəl ifası, Nurlal Quluzadənin, Vüqar Mövladın və ”Azərbaycan” rəqs qrupun çıxışları gecəyə xüsusi rəng qatdı.

Konsertin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq  Sirtuş Çölçəmənli obrazını canlandırdı. Bu dəfə onun qonaqları xəsis toy yiyəsi və saz ifaçısı Aşıq Ələskər oldu.

Payızda “Bu şəhərdə” komanası öz 25- illik yubileyni qeyd edəcək. Konsert 15 və 16 noyabr Heydər Əliyev sarayında baş tutacaq.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►