Soner Sarıkabadayı Bakıda konsert proqramı ilə çıxış etdi

Tanınmış türk ifaçı Soner Sarıkabadayı 18 may Heydər Əliyev Sarayında möhtəşəm konserti ilə sevənlərinin görüşünə gəldi.

Konsertin təşkilatçısı – Event Office.

Soner Sarıkabadayı Bakı pərəstişkarlarını salamlayıb:

“Bakıda bu möhtəşəm səhnədə olduğum  üçün çox xoşbəxtəm. Burada mənimlə olduğunuz üçün sizə çox təşəkkür edirəm”.

Soner Sarıkabadayı Yıldız Teknik Universitetində İqtisad fakültəsində oxuyarkən klassik gitara dərsləri almağa başladı. İlk albomu 2001-ci ildə buraxdı. 2009-cu ildə Buz adlı albomu ona  böyük bir uğur gətirdi.
Qeyd edək ki, Soner Sarıkabadayı təkcə ifaçı deyil, həm də söz yazarı kimi tanınır. O, Sibel Can, Demet Akalın, Murat Dalkılıç, Murat Boz və Berkay kimi Türkiyənin məşhur sənətçilərinin hit mahnılarının müəllifidir.

Konsertdə Soner Sarıkabadayı Buz, Pas, Sadem, İnsan Sevmez mi, Kutsal Toprak
və bir çox dillər əzbəri olan mahnılarını  səsləndirib.

Keçmişdən bu günə qədər ən sevilən mahnılarını ifa edən sənətçi təkcə öz hitləri ilə deyil, həm də sənətçi dostları üçün yazdığı unudulmaz mahnıları ilə dinləyicilərə özünəməxsus musiqi ziyafəti bəxş etdi.

Zalda əyləşən tamaşaçılar Sarıkabadayının mahnılarına bir ağızdan qoşularaq, hər çıxışını sürəkli alqışlarla qarşılayıblar.

Konsert boyu müğənninin enerjisi və səhnə performansı böyük rəğbət qazanıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

AccessBank korporativ sosial məsuliyyət....

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə…
►►►
City Life

Mastercard Insights: İdmanı Turizmin Katalizatoru kimi

Mastercard Insights: İdmanı Turizmin Katalizatoru kimi • Ötən il Bakıda keçirilən…
►►►
City Life

“Bakcell” Bilik Günü münasibətilə....

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə…
►►►