Bakıda “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda tədbir keçiriləcək

Mayın 29-da Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirəcək.

Mərkəzin məlumatına görə, məqsəd İqtisadiyyat Nazirliyi tərəfindən superkompüter infrastrukturunun yaradılması ilə əlaqədar süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və yüksək performanslı hesablama sahəsində çalışan qurumların texnoloji ehtiyaclarını müəyyənləşdirmək, əməkdaşlıq potensialını dəyərləndirməkdir.

Bu çərçivədə müəssisələrin məlumat və texnologiyalar üzrə rəhbərləri, elmi-tədqiqat institutlarının və universitetlərin tədqiqatçıları, dördüncü sənaye inqilabı texnologiyaları və yüksək hesablama sahəsində fəaliyyət göstərən startaplar, eləcə də analitika və simulyasiya ilə məşğul olan mütəxəssislər əməkdaşlıq imkanlarının müzakirəsi üçün dəyirmi masada iştirak etməyə dəvət edilir.

Tədbirdə iştirak üçün bu linkdən (https://shorturl.at/LDAIv) qeydiyyatdan keçmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►