“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Unibank Kommersiya Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2018002025
İstiqraqzların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/formasıKütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı4,000 ədəd
İlkin ticarət qiyməti1,000 ABŞ dollar
Buraxılış həcmi4,000,000 ABŞ dollar
İllik gəlirlilik faizi8%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti6 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)4,000,000 ABŞ dollar
Reallaşdırılmış həcm4,000,000 ABŞ dollar
Hərrac qiyməti1,000 ABŞ dollar
İnvestor sayı61
Sifariş sayı61
Anderrayter“Unicapital İ.Ş.” ASC