Yelo Bank-ın dəstəyi ilə uşaq yaradıcılığını tanıdan tədbir keçirilib

Yelo Bank, Azərbaycanın ən böyük sosial yönümlü uşaq moda layihələrindən biri olan “Azerbaijan Kids Festival”-a dəstək olub. “Nine Senses” mərkəzində keçirilən tədbirdə 4-15 yaş arası 20 uşaq moda nümayişində iştirak edib, öz bacarıqlarını geniş auditoriya və tanınmış münsiflər heyəti qarşısında təqdim ediblər.

Festivalda həmçinin 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbindən olan eşitmə məhdudiyyətli uşaqlar da iştirak ediblər. Onlar “Sən Möcüzəsən” adlı ifa altında milli ornamentli geyimlərində səhnəyə çıxıblar. Onların çıxışı bir daha uşaqların cəmiyyətə inteqrasiyası və bərabər imkanların təmin olunmasının vacibliyini vurğulayır.

Layihənin əsas məqsədi uşaqlarının yaradıcı ruhunu dəstəkləmək və istedadlarını geniş kütləyə  tanıtmaqdır. Festivalda fərqlənən iştirakçılar və qaliblər ölkəmizi beynəlxalq layihələrdə təmsil etmək hüququ qazanacaqlar.

Yelo Bank, biznesdə və cəmiyyətdə inklüzivliyi təşviq edən belə təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►