“SİLK VEY VEST AVİAŞİRKƏT” MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
4 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005023513 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli Hərrac |
İstiqrazların sayı | 10,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
İstiqrazların buraxılış həcmi | 10,000,000 ABŞ dolları |
İllik gəlirlilik faizi | 5.5% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir. |
Tədavül müddəti | 3 il |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |