Ağdam Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Bafco Invest” MMC Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən AOSH Expo 2025 sərgisində öz stendi ilə təmsil olunur.

Agentliyin məlumatına görə, iştirakçılar tərəfindən maraqla qarşılanan stenddə şirkətin istehsal etdiyi məhsullara dair nümunələr nümayiş etdirilir.

Sərgi 6 iyun tarixinədək davam edəcək.

Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB “Qarabağ” Futbol Klubunun rəsmitərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmitərəfdaşı oldu! Ölkəmizdə idmanın…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib

Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib Müştərilərinə daha…
►►►
İqtisadiyyat / Biznes

Yanvar-iyun aylarında 76,6 milyon....

Yanvar-iyun aylarında 76,6 milyon dollarlıq meşə fındığı ixrac edilib Bu ilin yanvar-iyun…
►►►