AMB: İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.

Mərkəzi Bankına məlumatına görə, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%, aylıq inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin mayda əmtəə qiymətləri indeksi aylıq 1%, illik isə 4.6% azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

ABB binasında Libraff!

ABB binasında Libraff! ABB-nin törəmə şirkəti olan “ABB İnvest” investisiya…
►►►
İqtisadiyyat / Biznes

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı “Unibank”ın…
►►►
İqtisadiyyat / Biznes

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir

Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir Unibank neft…
►►►