Növbəti “İnvestisiya səyahəti” tədbiri keçirilib

Ənənəvi bank kreditləri ilə yanaşı, sahibkarların istifadə edə biləcəyi bir sıra alternativ maliyyələşmə alətləri var. Bu alətlərdən olan qiymətli kağızlar biznes subyektlərinə sərmayə cəlb etmək, maliyyə dayanıqlığını artırmaq və böyümə strategiyalarını reallaşdırmaq üçün yeni imkanlar təqdim edir. Regionlarda fəaliyyət göstərən sahibkarların bu imkanlardan xəbərdar olması və praktiki biliklər əldə etməsi məqsədilə “İnvestisiya səyahəti” layihəsi 2025-ci ildə də davam etdirilir.

Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının, Şirvan Şəhər İcra Hakimiyyətinin və investisiya şirkətlərinin iştirakı ilə Şirvanda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, sahibkarlıq subyektlərinin alternativ maliyyəyə cəlb olunması üsulları, qiymətli kağız buraxılışında anderraytinq xidməti və kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu, sayca on beşinci belə tədbirdir. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklifi

“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən…
►►►
ROCKVELL BUSINESS

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb Bu ilin avqust ayında Azərbaycan Mərkəzi…
►►►
ROCKVELL BUSINESS

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır

Azarkeşlər üçün misilsiz imkanlar yoldadır “McLaren Racing” şirkəti bu günkü…
►►►