CineMastercard-da “Materialistlər” filmi ilə Çiçəkli əyləncə

Bakı, 17 iyun: “Amburan Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında yay mövsümünün təntənəli açılışı baş tutub.

Açıq səma altında keçirilən Çiçəkli əyləncə yay, təbiət və keyfiyyətli kino sevərləri bir araya gətirib.

Çiçəklərin zərif ətri, işıq şousu və həzin musiqi rahat bir axşam əhval-ruhiyyəsi yaradıb. Qonaqları pantomim qarşılayıb və hər bir xanıma çiçək təqdim edərək sehrli bayram ab-havası bəxş edirdi. Gecənin xüsusi məqamı isə filmin süjetinə əsaslanan rəqs tamaşası oldu — bu performans tamaşaçıları valeh edərək onları kino və incəsənətin möcüzəvi aləminə qərq etdi.

Dəvət olunmuş qonaqlar arasında tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri yer alıblar.

Tədbirin təşkilində “7 Gül” gül butiki, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Millennium” dondurmaları, “Balli Bisi” şirniyyat evi, işıq effektləri “ProEvents”, Azərbaycanda ilk orqanik şərab istehsalçısı – “Meysəri” şərabları və Red Bull dəstək göstəriblər.

Gecənin sonunda Amerika istehsalı olan “Materialistlər” adlı komediya filmi nümayiş olundu. Ekran əsəri tədbirin yüngül və romantik təəssüratını mükəmməl şəkildə tamamladı.

Filmin ssenari müəllifi və rejissoru Selin Sondur.

Baş rolları Dakota Conson, Pedro Paskal və Kris Evans canlandırıblar.

Film haqqında qısa məlumat: Peşəkar evlilik agenti Lüsi sevgi haqqında hər şeyi bildiyinə əmindir. Qəlbləri ustalıqla birləşdirən Lüsi özü subay qalmağa davam edir. Lakin cazibədar milyonçu Rendi onunla maraqlanmağa başlayanda və keçmiş sevgilisi, yaraşıqlı Con yenidən ortaya çıxanda, Lüsi anlayır ki, əsl sevgi heç bir formul və hesabla ölçülə bilməz.

Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Xalq artisti Tünzalə Ağayeva “Milli Qurtuluş günü”ndə çıxış etdi

Xalq artisti Tünzalə Ağayeva “Milli Qurtuluş günü”ndə çıxış etdi Heydər Əliyev…
►►►
City Life

Xalq artisti Tünzalə Ağayeva Xaçmazda

Xalq artisti Tünzalə Ağayeva Xaçmazda Xalq artisti Tünzalə Ağayeva 15 iyun Milli Qurtuluş…
►►►
City Life

Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsiflər heyətinin üzvü seçildi

Xalq artisti Tünzalə Ağayeva beynəlxalq münsiflər heyətinin üzvü seçildi Hər zaman…
►►►