“Opera Günləri” layihəsi çərçivəsində “Traviata” operası təqdim olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi “Opera günləri” layihəsi çərçivəsində Opera Studiyasında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdirilib.

Tamaşada əsas partiyalarda Əməkdar artist İnarə Babayeva (Violetta), solist Atəş Qarayev (Alfred), Xalq artisti Əvəz Abdulla (Jorj Jermon), həmçinin Xalq artisti Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Nina Makarova, Günel Hacıyeva, İqor Yadrov çıxış ediblər.

Tamaşanın dirijoru  Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri Əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Made in Italy: Zərgərlik Sənətinin Qəlbinə Səyahət

Made in Italy zərgərlik sənayesinin mükəmməlliyini kəşf edirik: azərbaycanlı jurnalistlər…
►►►
İncəsənət / Dəb

ELF Studio

ELF Studio ELF Studio— профессиональный салон красоты в…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►