Azərbaycan və Albaniya arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb

İyunun 21-də Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit və Albaniya Milli Turizm Agentliyinin baş direktoru Zana Çela imzayıblar.

Memorandum turizm subyektləri arasında əməkdaşlıq, qarşılıqlı təbliğat, yeni təşəbbüslərin dəstəklənməsi, mədəniyyətlərarası dialoq və dayanıqlı turizmin inkişafını hədəfləyir. Sənəddə COP29 çərçivəsində qəbul olunmuş iqlim fəaliyyəti prinsiplərinə uyğun olaraq ekoloji cəhətdən məsuliyyətli turizm təşəbbüslərinin dəstəklənməsi, dənizkənarı və dağlıq ərazilərdə ilboyu turizmin inkişafı əsas prioritetlər sırasındadır.

Həmçinin memorandumda ölkələrin turizm potensialının tanıdılması və qarşılıqlı turist axınının artırılması məqsədilə məlumat və təcrübə mübadiləsi, marketinq əməkdaşlığı, peşəkar bacarıqların artırılması, turizm yarmarkaları, ixtisaslaşmış “turizm günləri”, təlim, sərgi və forumların təşkili, media nümayəndələri üçün tanıtım turlarının keçirilməsi kimi birgə fəaliyyətlər əksini tapır.

Əlaqədar məqalələr
Turizm

Astaranın Sım kəndinə mediatur təşkil edilib

Astaranın Sım kəndinə mediatur təşkil edilib Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin…
►►►
Turizm

Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir

Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir 1-2 oktyabr tarixlərində…
►►►
Turizm

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri”....

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış…
►►►