Kenan Doğulu Bakıda konsert proqramı ilə çıxış etdi

Türkiyənin məşhur müğənnisi Kenan Doğulu iyunun 21-də Bakı İdman Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi.

Konsertin təşkilatçısı- SA Organization Group.

Tanınmış müğənni sevənlərini unudulmaz musiqi gecəsi ilə sevindirdi. Səhnədə ifaçını musiqiçiləri müşayiət etdi.

Kənan Doğulu tamaşaçıları salamladı: “Bakını və azərbaycan pərəstişkarlarımı çox sevirəm. Burda olduğumdan çox məmnunam”.
Konsert proqramında “Kim Bu Ben”, “Ben Senin Her Şeyinim”, “Rüya”, “Seyyah” albomlarından ən populyar mahnılar və məşhur hitlərin yeni remiksləri səsləndi.

2 saata yaxın davam edən konsert zamanı bir-birinin ardınca sevilən mahnılarını səsləndirən sənətçi ifası ilə yanaşı, rəqsləri ilə də izləyicilərini heyran edib.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►