İyulun 8-i və 15-də keçiriləcək hərraclara  82 nəqliyyat vasitəsi çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 8-i və 15-də hərraclar keçiriləcək. Hərraclara 82 nəqliyyat vasitəsi çıxarılıb.

Dövlət Xidmətinin məlumatına görə, iyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir. Alıcılar start qiyməti 2.000 manatla 14.500 manat arasında dəyişən avtomobillərə sahib ola bilərlər.

İyulun 15-də keçiriləcək hərraca 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, ilkin satış qiyməti 1.500 manatla 294.150 manat (lot üzrə qiymət) arasında dəyişir.

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı Qırmızı Ürəklər…
►►►
ROCKVELL BUSINESS

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili…
►►►
ROCKVELL BUSINESS

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək! İstedadların inkişafına kömək…
►►►