“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) müxtəlif sahələri təmsil edən yerli və beynəlxalq biznes nümayəndələri, həmçinin dövlət qurumları bir araya gətirən ənənəvi yay tədbirində rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edib.

Tədbirdə çıxış edən “Nar”ın satış departamentinin direktoru Elnur Rzazade AHK Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayaraq bildirib: “Texnologiyanın sürətli inkişafı biznes yanaşmalarını formalaşdırır. “Nar” olaraq bu dəyişikliklərə uyğun çevik həllər təqdim edir, müştərilərimizin ehtiyaclarını əlçatan və sərfəli xidmətlərlə qarşılayırıq”. Tədbir zamanı “Nar” kiçik və orta biznes nümayəndələri üçün nəzərdə tutulmuş telekommunikasiya həllərini təqdim edərək sərfəli və dayanıqlı xidmətlərə dair məlumat verib.

Qeyd edək ki, AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəsi olaraq fəaliyyət göstərir. 200-dən çox üzv şirkəti bir araya gətirən qurum, ölkədə biznes mühitinin inkişafı istiqamətində mühüm layihələrə imza atır. “Nar”ın AHK Azərbaycan ilə tərəfdaşlığı bu istiqamətdə qurulmuş uğurlu əməkdaşlıqlardan biridir.

Əlaqədar məqalələr
City Life

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi AccessBank…
►►►
City Life

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə....

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün…
►►►
City Life

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik…
►►►