“AzerGold” QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

“AzerGold” QSC-nin Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini Orxan Nağıyev 5-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub. O, 4 ay davam edən müsabiqədə iştirak etmiş 16 553 nəfər namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibin sırasına öz adını yazdırıb.

Orxan Nağıyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.  O, 2021-ci ildən “AzerGold” QSC-də çalışır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.

 “AzerGold” QSC olaraq həmkarımız Orxan Nağıyevə təbriklərimizi çatdırır, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Əlaqədar məqalələr
City Life

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda!

Türk pop musiqisinin əfsanəvi ifaçısı Erol Evgin ilk dəfə Bakıda! Türk pop musiqisinin…
►►►
City Life

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib

Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib Unibank ölkəmizdə daha bir…
►►►
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►