BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2035021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 20.08.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adıBOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2035021024
İstiqrazların növü və formasıİstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/formasıKütləvi / Rəqabətli hərrac
İstiqrazların sayı10,000 ədəd
İlkin ticarət qiyməti100 AZN
İstiqrazların buraxılış həcmi1,000,000 AZN
İllik gəlirlilik faizi18%
Minimal qiymət100 (18.0000%) AZN
Maksimal qiymət100 (18.0000%) AZN
Kəsmə qiyməti100 (18.0000%) AZN
Ortaçəkili qiyməti100 (18.0000%) AZN
İstiqrazların reallaşdırılmış həcmi1,000,000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)1,000,000 AZN
İnvestor sayı51
Sifariş sayı51
Ödəmə Perioduİstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti3 il
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC