“ALPA” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ALPA” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

“ALPA” ASC-nin abunə yazılışı 15 avqust 2025-ci il tarixindən başlayaraq 19 avqust 2025-ci il tarixinədək (3 iş günü) davam etmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 20 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
Listinq qaydalarının 3.17.3 bəndində bildirilir ki, Emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalı beynəlxalq audit şirkətləri tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır. Emitent bu bəndə cavab vermədiyindən Qiymətli Kağızlar Listinqə alınmır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “ALPA” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001026678 |
| Səhmin növü və forması | Adi, adlı, sənədsiz səhm |
| Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 80 ədəd |
| İlkin ticarət qiyməti | 2,500 AZN |
| Buraxılış həcmi | 200,000 AZN |
| Hərrac qiyməti | 2,500 AZN |
| Reallaşdırılmış həcm | 200,000 AZN |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 200,000 AZN |
| İnvestor sayı | 1 |
| Sifariş sayı | 1 |
| Ticarətə buraxılma tarixi | 20.08.2025 |
| Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |








