Almaniya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 356,6 milyon ABŞ dolları dəyərində 661,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,4 faiz və ya 8,3 milyon dollar, həcm baxımından isə 24,8 faiz və ya 131,5 min ton üstələyir.

Cari ilin ilk 7 ayı ərzində ölkədən ümumilikdə 7,66 milyard dollar dəyərində 14,4 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Almaniya 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 4,57 faizi bu ölkənin payına düşüb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►