Maliyyə Nazirliyinin 1080 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

9 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növüKuponlu, ortamüddətli, dövlət istiqrazları 
Qiymətli kağızın ISIN koduAZ0201120018
Buraxılış həcmi 20 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti1080 gün 
Faiz ödənişləri2026-cı il 9 sentyabr, 2026-cı il 9 mart,
2027-ci il 9 sentyabr, 2027-ci il 9 mart,
2028-ci il 9 sentyabr, 2028-ci il 9 mart
Faiz dərəcəsi (olduqda)8%
Ödəmə tarixi09.09.2028
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata
keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə Nazirliyinin 720 günlük....

Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac…
►►►
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı Birbank Biznes…
►►►
İqtisadiyyat / Biznes

Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!

Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç! Unibank ölkədə…
►►►