Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Qazaxıstan Respublikasının Almatı şəhərində “KazBuild 2025” – 31-ci Qazaxıstan Beynəlxalq Tikinti və İnteryer Sərgisi keçirilir. Üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 8 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.

Qeyd edək ki, “Made in Azerbaijan” stendi sərginin təşkilatçıları tərəfindən “Ən yaxşı kollektiv ekspozisiya” nominasiyası üzrə qalib elan edilib.

Əlaqədar məqalələr
Tikinti

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb Bu ilin yanvar-sentyabr aylarında…
►►►
Tikinti

Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəlişi

Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik…
►►►
Tikinti

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi…
►►►