Red Bull Half Court 2025 Milli Finalında qaliblər bəlli oldu

7 sentyabr 2025-ci il tarixində Dəniz Mall-un qarşısında keçirilən Red Bull Half Court Milli Finalında Azərbaycanın ən güclü kişi və qadın küçə basketbolu komandaları bəlli oldu.

Turnirdə iştirak edən 32 kişi və 8 qadın komandası arasından qlobal finala vəsiqə qazanan qaliblər:
Kişi komandası: Lane P
Qadın komandası: Baku Flame

Hər iki komanda cari ilin 27-29 noyabr tarixlərində Dubay şəhərində keçiriləcək Red Bull Half Court Dünya Finalında Azərbaycanı təmsil edəcək.
Yarışa 20-dən çox ölkədən iştirakçılar qatılacaq. Dünya miqyasında 8 000-dən artıq oyunçunu bir araya gətirən Red Bull Half Court, küçə basketbolu üzrə ən böyük beynəlxalq turnirlərdən biri hesab olunur.

Turnirin media tərəfdaşı CBC Sport, qlobal tərəfdaşları isə FILA və Spalding brendləridir. Müsabiqə Azərbaycan Basketbol Federasiyası və Dəniz Mall Ticarət Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib. Qaliblərə xüsusi hazırlanmış Spalding topları hədiyyə olunub.

Red Bull Half Court basketbolun ən sürətli növü olan 3×3 formatında keçirilən beynəlxalq turnirdir. Oyunun məqsədi rəqib müdafiəsini yararaq məhdud vaxt ərzində səbətə mümkün qədər çox top atmaq və maksimum xal toplamaqdır.

Əlaqədar məqalələr
City Life

Macarıstan Milli Gününü Bakıda qeyd edib

Macarıstan Milli Gününü Bakıda qeyd edib Macarıstan 1956-cı il İnqilabının…
►►►
City Life

Bakı Dövlət Sirki yeni maraqlı proqram təqdim edir

Bakı Dövlət Sirki yeni maraqlı proqram təqdim edir Bakı Dövlət Sirki ikiillik fasilədən…
►►►
City Life

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi! Sərfəli mobil…
►►►