İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən İsraildən olan 10 aparıcı turizm şirkətinin ölkəmizə tanışlıq səfəri təşkil edilib. Səfərin məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və İsrail turizm bazarı ilə əməkdaşlığı gücləndirməkdir.

Sentyabrın 9-da 60 yerli turizm şirkətinin iştirakı ilə şəbəkələşmə və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə B2B tədbiri keçirilib.
İştirakçılar Bakı, Şamaxı və Qəbələnin turizm imkanları ilə tanışlıq çərçivəsində hotellərin inspeksiyası, qolf üzrə master-klas, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, müxtəlif mədəni irs və tarixi məkanlar barədə məlumatlandırılıblar.

2024-cü ildə Azərbaycana 28 955 İsrail vətəndaşı səfər edib. 2025-ci ilin ilk yarısında ölkəmizi 23 534 İsrail vətəndaşı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Azərbaycan Turizm Bürosu turizm imkanlarının daha yaxından tanıdılması məqsədilə bu il İsraildə keçirilən bir sıra mühüm tədbirlərdə iştirak edib. Onların sırasında Hayfa və Təl-Əvivdə təşkil olunan silsilə tədbirlər, Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisi, eləcə də “Tel Aviv EAT” qida festivalı yer alıb

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş…
►►►
Turizm

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib Aprelin 17-də Şabran…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim…
►►►