Azərbaycan-Çin investisiya əməkdaşlığı üzrə işçi qrupunun ilk iclası keçirilib

İclasda qarşılıqlı investisiya əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığa dair iş proseduru razılaşdırılıb.

Çinin Siamen şəhərində Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çin Ticarət Nazirliyi arasında investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

Azərbaycan tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Çin tərəfindən isə Ticarət Nazirliyinin Beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq departamentinin baş direktorunun müavini xanım Yan Haonun həmsədrliyi ilə keçirilən iclasda ölkələrimizin investisiya əlaqələrinin cari vəziyyəti müzakirə edilib, birgə reallaşdırılan layihələrin müntəzəm izlənilməsi və operativ koordinasiyasının gücləndirilməsi üçün əsas təmas nöqtələri müəyyənləşdirilib. Tərəflər mütəmadi olaraq ortaq təşəbbüslərdə müşahidə olunan irəliləyişlər barədə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə ediblər.

İclasda dövlət qurumları da daxil olmaqla, hər iki ölkənin şirkətləri arasında əlaqələrin genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin, habelə müxtəlif sahələrdə investisiya və maliyyə tərəfdaşlığının təşviqi dəstəklənib. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq potensialının reallaşdırılması məqsədilə mövcud sazişlərin icrası ilə bağlı praktiki təkliflər irəli sürülüb.

İclasda həmçinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin ölkələrimizin işgüzar münasibətlərinin intensivləşdirilməsinə dair fikirləri dinlənilib.

Sonda Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çin Ticarət Nazirliyi arasında investisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ilk iclasının Protokolu imzalanıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə Nazirliyinin 720 günlük....

Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac…
►►►
İqtisadiyyat / Biznes

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı

Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı Birbank Biznes…
►►►
İqtisadiyyat / Biznes

Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!

Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç! Unibank ölkədə…
►►►