Maliyyə Nazirliyinin 720 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

16 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növüKuponlu, ortamüddətli, dövlət istiqrazları 
Qiymətli kağızın ISIN koduAZ0201120026
Buraxılış həcmi 20 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti720 gün 
Faiz ödənişləri2026-cı il 16 mart, 2026-cı il 16 sentyabr, 
 2027-ci il 16 mart, 2027-ci il 16 sentyabr
Faiz dərəcəsi (olduqda)7%
Ödəmə tarixi16.09.2027
Anderrayter“PAŞA Kapital İ.Ş.” QSC

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata
keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır Maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma!

Minimal komissiya ilə xaricə köçürmə fürsətini qaçırma! Yelo Bank-ın xaricə pul…
►►►
İqtisadiyyat / Biznes

AccessBank nağd kredit üzrə faiz dərəcəsini endirdi!

AccessBank nağd kredit üzrə faiz dərəcəsini endirdi! 12.02.26 Müştərilərinə daha…
►►►