Sahibkarlar üçün rahat və çevik həll – Yelo Mobil POS

Bugünkü biznes mühitində kiçik sahibkarlar üçün vaxt çox dəyərlidir. Vaxt itkisini minimuma endirən, əməliyyatları sadələşdirən və müştəri məmnuniyyətini artıran rəqəmsal həllər artıq zərurətə çevrilib. Nağdsız ödənişlər həm satış prosesini yüngülləşdirir, həm də sahibkara əməliyyatlarını daha şəffaf izləmək imkanı yaradır.

Bu ehtiyacları nəzərə alaraq, Yelo Bank sahibkarlara Mobil POS xidmətini təqdim edir. Xidmət sayəsində dövriyyədən asılı olmayaraq, depozit tələb olunmadan, sahibkarlar öz Android əməliyyat sistemi ilə işləyən və NFC dəstəkləyən smartfon və ya planşetlərini POS terminal kimi istifadə edə bilirlər.

Yelo Mobil POS xüsusilə kofeşop, çatdırılma xidmətləri, gül dükanları, köşk, butiklər kimi kiçik biznes sahibləri üçün idealdır. Portativliyi sayəsində sahibkar ödənişləri istənilən zaman, istənilən yerdə qəbul edə bilir. Rahat interfeys və sürətli quraşdırma prosesi satış əməliyyatlarını sadələşdirir, nağdsız ödənişlərin həcmini artırmağa kömək edir.

Xidmətin əsas üstünlükləri:

  • Qoşulma pulsuzdur
  • Heç bir dövriyyə tələbi yoxdur
  • Hesabın açılması üçün xidmət haqqı tutulmur
  • Sahibkara biznes kartı hədiyyə edilir
  • Biznes kartdan və cari hesabdan nağdlaşdırma komissiyasızdır

Yelo Business App ilə xidməti tamamilə onlayn sifariş etmək mümkündür. Elə indi xidmətə qoşulun, satışlarınızı istənilən yerdə idarə edin: https://bit.ly/40D7v56.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi “Nar” 8 Mart…
►►►
Elm / Texnologiya

Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir

Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir Lider…
►►►
Elm / Texnologiya

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu AZCON Holding şirkətlərindən…
►►►