“TransLogistica Kazakhstan 2025” sərgisində Azərbaycanın tranzit potensialı təqdim olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 sentyabr – 2 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Mərkəzi Asiyanın ən iri nəqliyyat-logistika tədbiri — “TransLogistica Kazakhstan 2025” sərgisində iştirak edir.

25-dən çox ölkədən 500-dən artıq şirkətin qoşulduğu sərgidə “ADY Express” MMC-nin stendinə böyük maraq göstərilib. Stendi Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov da ziyarət edib. Ziyarətçilərə Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi və müasir dəmir yolu infrastrukturunun inkişafı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Avropa ilə Asiya arasında yükdaşımaların təmin olunmasında strateji rol oynayır. Ölkə ərazisindən keçən əsas beynəlxalq marşrutlar sayəsində həmçinin Bakı Beynəlxalq Dəniz Limanından istifadə olunmaqla multimodal daşımalar həyata keçirilir.

ADY nümayəndələri sərgi çərçivəsində beynəlxalq marşrutların perspektivlərini müzakirə etmək və Azərbaycanın Avrasiyanın əsas tranzit qovşağı kimi imkanlarını təqdim etmək məqsədilə bir sıra görüşlər keçirib, danışıqlar aparıblar.

ADY yüklərin etibarlı və təhlükəsiz daşınmasını təmin edir, aktiv şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və terminal imkanlarını genişləndirir. Bu isə tərəfdaşlara logistik prosesləri optimallaşdırmağa və tranzit vaxtını əhəmiyyətli dərəcədə qısaltmağa şərait yaradır.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya....

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın…
►►►
Nəqliyyat / Logistika

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb 25 noyabrda Bakıda “AZCON…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir 25 noyabr…
►►►