“Tağıyev III: Sona” Park Cinemada

Oktyabrın 2-dən Park Cinema kinoteatrlar şəbəkəsində “Tağıyev III: Sona” filmin nümayişi başlayıb.

Ölkə: Azərbaycan. Rejissor: Zaur Qasımlı.
Baş rollarda : Pərviz Məmmədrzayev , Qurban İsmayılov, Fəridə Qurbanova.

Süjet: 1896-cı ilin mayı. Ömrünün 58-ci baharında Hacı Zeynalabdin Tağıyev hələ də güclü, işə həvəsli və təşəbbüskar idi. Yay aylarını Mərdəkandakı bağ evində keçirmək ona darıxdırıcı gəlirdi. Hacı burada bağçılıq məktəbi açmağın planlarını qurur, biznesini neftdən kənar digər sahələrdə genişləndirməyi düşünür, hətta özünün neft imperiyasını satmağı da nəzərdən keçirirdi. Böyük oğlu İsmayıl isə bunu heç cür anlamırdı – axı bu qədər gəlir gətirən biznesi necə satmaq olardı? Hacını təkcə biznesi düşündürmürdü; o, tənha idi. Bakı milyonçularının çoxsaylı məşuqələrin ətrafında keçən həyat tərzi Hacıya yad idi. Hacıya ailə qurmaq, dost, sirdaş, həmdərd lazım idi. Bu düşüncələr ilə o, general Balakişi Ərəblinskinin qızı Sona xanım ilə ailə qurmaq fikrinə düşür. Sona həm də Hacının oğlu İsmayılın həyat yoldaşı Nurcahan Ərəblinskinin kiçik bacısıdır. Hacının bu istəyi Ərəblinski ailəsində çaşqınlıqla qarşılanır və İsmayılın qəzəbinə səbəb olur. Nəticədə Hacı öz istəyinə nail olur – Sona ona ərə getməyə razılıq verir, valideynləri isə qızlarının xoşbəxtliyi naminə ona güzəştə gedirlər. Amma bu nigah Tağıyevin ailəsində parçalanma ilə nəticələnir – Hacı ilə oğlu İsmayılın arasında dərin uçurum yaradır.

Filmi Park Cinemanın  kinoteatrlar şəbəkəsində baxmaq mümkündür.

Biletlərlər: https://new.parkcinema.az/az/movie/68cbd9a12ed9be30b777c20f

Əlaqədar məqalələr
City Life

“CineMastercard”da Ümumdünya Kosmos....

“CineMastercard”da Ümumdünya Kosmos Həftəsi çərçivəsində“Kosmik Filmlər…
►►►
City Life

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera…
►►►
City Life

“Nar” gənclərin sağlam və aktiv həyat....

“Nar” gənclərin sağlam və aktiv həyat tərzinə töhfə verərək boks təlimlərinə…
►►►