“CineMastercard”da Ümumdünya Kosmos Həftəsi çərçivəsində“Kosmik Filmlər Festivalı” keçiriləcək

“CineMastercard” Dəniz Mall və Gənclik Mall kinoteatrlarında Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı,  Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə 4-10 oktyabr tarixlərində “Kosmik Filmlər Festivalı” keçiriləcək.  

Festival Ümumdünya Kosmos Həftəsi çərçivəsində təşkil olunaraq, kosmos mövzusuna maraq göstərənlər üçün unudulmaz təcrübə təqdim edəcək. 

Həftə ərzində “CineMastercard” kinoteatrlarında məşhur və çox bəyənilən kosmos mövzulu filmlər nümayiş olunacaq.

Festivalın proqramı: 

  • 4 oktyabr — “Qravitasiya” (Gravity) – rus və ingilis dillərində
  • 5 oktyabr — “Mikki 17” (Mickey 17) – rus və ingilis dillərində
  • 6 oktyabr — “Dolaşan Yer 2” (The Wandering Earth 2) – rus və ingilis dillərində
  • 6 oktyabr — “Mənə Ayı göstər” (Fly Me to the Moon) – ingilis dilində
  • 7 oktyabr — “Dune” (Dune Part One) – rus və ingilis dillərində
  • 8 oktyabr — “Dune 2” (Dune Part Two) – rus və ingilis dillərində
  • 9 oktyabr — “Başlanğıc” (Inception) – rus və ingilis dillərində
  • 10 oktyabr — “İnterstellar” (Interstellar)– rus və ingilis dillərində

Bilet satışları artıq başlayıb!

Bu fürsətdən yararlanaraq, kosmosun möcüzələrini “CineMastercard Dəniz Mall” və “CineMastercard Gənclik Mall” kinoteatrlarında kəşf edin!

Kainatın möcüzələrini böyük ekranlarda hiss edin!

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►