Four Seasons Hotel Baku-ya “Green Key” sertifikatı təqdim edilib

1 oktyabr 2025-ci il tarixində “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi, Azərbaycanda Beynəlxalq Ekoloji Təşkilat (FEE) tərəfindən həyata keçirilən “Green Key” proqramının Milli Operatoru qismində ilk sertifikatı Four Seasons Hotel Baku otelinə təqdim edib.

Bu mühüm hadisə ölkəmizdə otel və turizm sektorunda dayanıqlı inkişaf və ekoloji məsuliyyət standartlarının tətbiqində yeni mərhələnin başlanğıcı hesab olunur. Sertifikat, Four Seasons Hotel Baku-nun ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə və qonaqlara ekoloji cəhətdən məsuliyyətli xidmətlər göstərmək istiqamətində beynəlxalq tələblərə uyğun fəaliyyət göstərdiyini təsdiq edir.

“Green Key” proqramı dünyanın ən nüfuzlu ekoloji sertifikatlaşdırma sistemlərindən biri olaraq, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Dünya Turizm Təşkilatı (UNWTO) və Qlobal Davamlı Turizm Şurası (GSTC) tərəfindən tanınır. Bu sertifikat yalnız yüksək ekoloji standartlara cavab verən və dayanıqlı idarəetmə prinsiplərini uğurla tətbiq edən turizm müəssisələrinə təqdim olunur.

EkoSfera-nın Milli Operator kimi ilk təqdim etdiyi bu sertifikat, Azərbaycanın beynəlxalq dayanıqlı turizm hərəkatına qoşulduğunu və ölkədə “yaşıl” otelçilik mədəniyyətinin inkişafına ciddi təkan verəcəyini göstərir.

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►