VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini açıqlayıb. Bank 3-cü rübdə 10,490 milyon manat xalis mənfəət əldə edib
Kredit portfelinin ümumi həcmi 242,036 milyon manat təşkil edib. Biznes kreditlərinin ümümi portfeldə payı 29 faizə yaxın və ya 70,805 milyon manat təşkil edib.

Bankın xalis faiz gəlirləri 2025-ci ilin üçüncü rübündə 22,94 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə artım 44% təşkil edib), qeyri-faiz gəlirləri isə 11,388 milyon manata (16% çoxdur) çatıb.
2025-ci ilin 3-cü rübünün nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 13,3% təşkil edib.
Bankın məcmu kapitalı isə 102,310 milyon manatı ötüb, bu da Mərkəzi Bankın normativ tələblərini 2 dəfə üstələyib. Bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 11% artıb.