“Azərxalça” ASC Şuşa məscidi üçün dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçasını hazırlayır

Heydər Əliyev Fondu, PASHA Holdinq, “PMD projects” təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur. Adı çəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutlub. “Qarabağ” qrupuna aid, “Xətai” xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 toxucu xanımın toxuduğu xalçanın başlanğıc tarixi 16 dekabr 2024-cü ildir.  Oktyabr ayının 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.

Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.

Əlaqədar məqalələr
City Life

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam"

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş…
►►►
City Life

Hindistan Səfirliyində Bihar Diwas 2026 tədbiri keçiriləcək

Hindistan Səfirliyində Bihar Diwas 2026 tədbiri keçiriləcək Hindistanın Azərbaycandakı…
►►►
City Life

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib

“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil…
►►►