Unibank “YAŞAT” Fonduna 100 000 manat ianə edib

Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Zəfər Gününün 5 illiyi qeyd olunur.
Bu münasibətlə Unibank KB ASC Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, “YAŞAT” Fondunun keçirdiyi marafona 100 000 manat ianə edib.

Unibank üçün şəhid və qazi ailələrinə dəstək, Bankın korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.

“Unibank”ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü göstərir.

“Zəfər sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və minnətdarlıqla yaşadılır.
Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman Unibankın diqqət mərkəzindədir. Bu dəstək həm borcumuz, həm də qürurumuzdur,” – deyə Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.

Bu Zəfər bizimdir, bu minnətdarlıq hamımızındır.

Unibank – Sənin Bankın!

Əlaqədar məqalələr
City Life

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi AccessBank…
►►►
City Life

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə....

Azərbaycan Hava Yolları Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün…
►►►
City Life

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik…
►►►