Çin şirkətləri ilə görüş keçirilib

Görüşdə Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev kənd təsərrüfatı, “yaşıl” enerji, ətraf mühitin mühafizəsi və mexaniki avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən bir sıra Çin şirkətlərinin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı Azərbaycanda reallaşdırılan layihələr, yaradılan sənaye və logistika infrastrukturu, xarici investorlar üçün mövcud imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, əsasnaməsi yenicə təsdiq olunan “Invest in Azerbaijan” informasiya sistemi xarici investorlar üçün vahid məlumat mənbəyi kimi fəaliyyət göstərəcək.

Görüşdə həmçinin Azərbaycan-Çin birgə sənaye parkının yaradılması və ikitərəfli investisiya tərəfdaşlığı perspektivləri müzakirə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►