“Bu şəhərdə”nin “Ev dar” adlı konserti baş tutdu

15 və 16 noyabr “Bu şəhərdə” “Ev dar” adlı  konsert proqramı ilə Heydər Əliyev Sarayının səhnəsində çıxış etdi.

Bu il “Bu şəhərdə” Estrada teatrı 25 illik yubileyini qeyd edir. İllər ərzində onlar 338 ölkədaxili, ümumi isə 382 konsert verib.

Aparıcılığını Rəşid İlyasov etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları, məşhur idmançılar,  ictimai xadimlər, şəhid və qazi ailələri var idi.

Respublikanın Əməkdar Artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Onların arasında: ” Ev dar”, “Azərbaycan toy axşamları”, “İtalsayağı elçilik”. Bu səhnəciliklər ər və arvad,  qaynana və gəlin, oğul və ata  münasibətlərinə həsr olunmuşdu. 

Konsertin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq  Sirtuş Çölçəmənli obrazını canlandırdı. Bu dəfə onun qonaqları fala baxan qadın və “Qarabağ” futbol klubun baş məşqçisi Qurban Qurbanov oldu.

“Bu şəhərdə” Estrada teatrın növbəti yeni konsert proqramları 2026ci ilin fevral və  mart aylarında baş tutacaq.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►