“AZƏRMAŞ GROUP” MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
20 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd edək ki, emitent tərəfindən istiqrazların aşağıda qeyd olunmuş şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda – 2,500,000 AZN həcmində;
30-cu ayda – daha 2,500,000 AZN həcmində;
33-cü ayda – daha 2,500,000 AZN həcmində;
36-cı ayda – daha 2,500,000 AZN həcmində;
İstiqrazlar üzrə digər məlumatlar aşağıdakı kimidir:
| Emitentin adı | “AZƏRMAŞ GROUP” MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001027302 |
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz (nominal dəyərinin 60 faizi üzrə İKZF tərəfindən zəmanət verilmiş) |
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazların buraxılış həcmi | 10,000,000 manat |
| İllik gəlirlilik faizi | 13% |
| Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcəkdir |
| Tədavül müddəti | 3 il |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |








