İsrail səfiri ilə görüş keçirilib

Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsrail arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti barədə məlumat verib.

Səfir Ronen Krausz son dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu dinamikanın həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şərait yaratdığını qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və İsrail arasında potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı, informasiya texnologiyaları, su ehtiyatlarının idarə edilməsi və innovasiyalar kimi sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsi, biznes missiyaların təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►