İsveçrə səfiri AZPROMO-da olub

Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və investisiya perspektivləri müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bundan başqa, qarşı tərəfə cari ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri barədə məlumat təqdim olunub.

Səfir Tomas Ştəli iki ölkə arasında iqtisadi münasibətlərinin güclənməsi üçün böyük potensialın olduğunu bildirib və investisiya əməkdaşlığının gələcək perspektivlərini yüksək qiymətləndirib. Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, qarşılıqlı səfərlərin təşkili və biznes əlaqələrinin genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin işğaldan azad olunmuş ərazilərə İsveçrə  investisiyalarının cəlbi imkanları müzakirə edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ

AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private…
►►►
İqtisadiyyat / Biznes

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!

Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! Bu şənbə də bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Kiçik və Orta Biznesin…
►►►