Yelo Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu

19–20 noyabr 2025-ci il tarixlərində Bakı Marriott Hotel Boulevard-da keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda Yelo Bank rəsmi tərəfdaş qismində iştirak edib. Forumun builki mövzusu “Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” olub.

Tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri bank sektorunda innovativ həllər, fintex, rəqəmsallaşma və ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.

Yelo Bank ölkəmizdə keçirilən bu nüfuzlu maliyyə və bankçılıq tədbirinə verdiyi tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, forum Mastercard tərəfdaşlığı ilə, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Bank xidmətlərinə dair (məs: tecili pul krediti) əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi

Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən “Kitab dayanacağı&#8221…
►►►
City Life

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir Hər il…
►►►
City Life

Festivalları fəth edən film indi yalnız park cınemada!

Festivalları fəth edən film indi yalnız park cınemada! Ötən gün Park Cinema Flame Towers…
►►►