Gülüstan Əliyeva TÜRKSOY mükafatına layiq görüldü

Aktauda “Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” layihəsinin təntənəli bağlanış tədbirində Azərbaycanın Əməkdar artisti Gülüstan Əliyeva xüsusi proqramla çıxış edib.

Dəyərli sənətkar tədbirə böyük məsuliyyətlə hazırlaşaraq günlər boyu intensiv məşqlər aparıb. O, həmçinin Dövlət Filarmoniyasının rəqs qrupunun bədii rəhbəri Ceyhun Qubadovun rəhbərliyi ilə hazırlanan rəqs ansamblı ilə birlikdə türkcülüyə həsr olunmuş “Əsr türkün əsridir” adlı kompozisiyanı səhnələşdirib.

Gülüstan Əliyevanın ifası mərasim iştirakçıları tərəfindən böyük alqışla qarşılanıb.

Tədbirin sonunda Əməkdar artist Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mədəniyyət mükafatı ilə təltif edilib.

Əlaqədar məqalələr
City Life

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert…
►►►
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►