Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu

Mobil operatorun dəstəyi ilə gələcəyin texnologiya mütəxəssisləri “RobotChallenge”də yarışacaq

Azercell ölkədə innovasiya və texnoloji bacarıqların inkişafını təşviq edən daha bir layihəyə dəstək verir. Mobil operator dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri hesab olunan Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycandakı rəsmi sponsorlardan biri qismində çıxış edəcək. Bu əməkdaşlıq çərçivəsində Azercell 2026-ci ildə keçiriləcək ölkə üzrə milli seçim mərhələsinin təşkilini dəstəkləyəcək.

Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18 fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026‑cı il tarixlərinədək açıqdır.

2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalı hər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçıları bir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinə marağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində baş tutacaq beynəlxalq finalda təmsil edəcək.  

“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmaya qatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanına müraciət edə bilərlər.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib AZCON…
►►►
Elm / Texnologiya

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir Mobil operator…
►►►
Elm / Texnologiya

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi…
►►►