“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

1 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2039020287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2039020287
İstiqrazların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı2,000 ədəd
İlkin ticarət qiyməti1,000 manat
İstiqrazların buraxılış həcmi2,000,000 manat
Kupon faizi15%
Ödəmə PerioduFaiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti7 il
Hərrac qiyməti*1,000 manat
Reallaşdırılmış həcm2,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)2,000,000 manat
İnvestor sayı50
Sifariş sayı50
Anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC