Sahibkarlar II Azərbaycan–Türkiyə İnvestisiya Forumuna dəvət olunurlar
Bu ilin 23 dekabr tarixində Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda həmçinin regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.
İnvestisiya forumunda iştirak etmək istəyən Azərbaycan və Türkiyə sahibkarları link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://bit.ly/3Wxqo7c.
Qeyd: Bütün müraciətlərə baxılacaq və iştirak təşkilatçılar tərəfindən təsdiqlənəcək.
Əlavə məlumat üçün:
Nərmin Novruzova|
Tel.: (+994 50) 300 33 44;
E-mail: narmin.novruzova@azpromo.gov.az;
Xəyalə Məcidli
Tel.: (+994 55) 665 54 28;
E-mail: khayala.majidli@azpromo.gov.az.








